Posted on March 21, 2011 at 3:35 am in Uncategorized | RSS feed | Reply | Trackback URL
Güclü oynaya bilməsəm də, şahmat oynamağı çox sevirəm. Bu oyunu oynamağı bacaranlar düşünsünlər ki, ağların bütün fiqurlarına qarşı hətta şahı olmayan səkkiz qara piyada nə edə bilər? Şah da ola bilər, mat da!
Benjamin Franklin demişkən "Həyat şahmat kimi mübarizələr, yaxşı və pis hadisələrlə doludur". Yaxşısı da sənindir, pisi də. Əsası mübarizə ilə dolu olmasıdır. Amma bu mübarizənin kökündə duran piyadalardır. Əsas etibarilə oyuna da hər iki tərəf piyadalarla başlayır. Həmişə öndə piyadalar gedir. Çox vaxt elə oyunun aqibətini də piyadalar müəyyən edir. Şah vermək çox asandır, məsələ mat etməkdədir.
Piyada hər addımın başlanğıcı olduğu kimi, bu gün də mənim blogumun başlanğıcı oldu!
Çalışaq MAT qalmayaq!
Posted on March 21, 2011 at 3:35 am in Uncategorized | RSS feed | Reply | Trackback URL
Leave a comment